
Hansı yaxşı daha yaxşıdır?
22 Okt, 2016
Yaşadığımız ömür boyu hər addımda seçim edirik. Yəni əslində həyatımız seçimlərdən ibarətdi, öləcəyimiz gün xaricində həmişə hər şey üçün ən azı iki seçim olur, biz də hansınısa seçib davam edirik. DAVAMI

Əli və Nino
10 Okt, 2016
Əli və Nino – səkkiz il sonra bu roman əsasında çəkilmiş filmi izləməyə getdim..Kitabı 14 yaşım olanda oxumuşdum. 9-cu sinifdə oxuyurdum və bu kitabı özümə hədiyyə etmişdim. Hətta deyə bilərəm, 2009-cu il, May ayının 9-u idi, məktəbə gedəndə mənə verilən 20 qəpikləri yığıb, 9 manat hazır etmişdim. Məktəbdən çıxıb gedib Ədəbiyyat muzeyinin daxilindəki kitab mağazasından 8 manata almışdım. O zamanlar milliyyətçi, türkçü və hətta çox dindar dövrlərim idi. Bəli, 14 yaşımda idim və bu kimi anlayışlarla yaxşı baş edə bilirdim. Baxmayaraq ki, bir nöqtədə bir-birinə ziddirlər. İndi bəzi şeylər mənə axmaqlıq kimi görsənsə də 14 yaşım üçün bu əla bir şey idi. 🙂