Öyrədin mənə yaşamağı,
Heç nəyin fərqinə varmadan,
həyatın içində var olmağı.
Dünyanı xilas etmək hissindən
xilas edin məni..
İnsanlığı pıçıldayın qulağıma,
imkan verməyin bunu unutmağıma,
Yaşamın anlıq olduğunu,
tez-tez salın yadıma..
Deyin, beş günlük dünyadır,
Nə əl qatmısan özünə?
Dünya sənsiz də fırlanar,
Nə düşmüsən üstünə?!