Şəhərin içindən gedib şəhər,

Özünə yaddır öz qalığı,

Adiləşən insanlığı.

Gülüşlərdən gedib dişlər.

Damaqlarla hırıldayır,

İri-iri boş çənələr.

Buludlardan gedib yağış,

Palçıq tökür üstümüzə,

Görən hansı günümüzə.

Küləklərdən ötdü səslər,

Çıxıb getdi bu şəhərdən,

Ən sonuncu uşaq kəslər.

Bir cavab yazın