Gəl otur bir şeir de,
Qulaq asım məst olum.
Sən dərdini aç mənə,
Mən sənə həmdərd olum.
◦
Gəl otur bir çay içək,
Çay bizi dəm eyləsin,
Od vursun qoy köksünə,
Qoy bizi zay eyləsin.
◦
Gəl bir tikə çörək ye,
Yarımçıq qoy çıxginən.
Qoy çörək də ağlasın,
Göz yaşıyla getginən.
◦
Yanımda boş stəkan,
Çörək qalsın, mən qalım.
Şeirləri götür get,
Həsrət qalsın qulağım.
◦
Dərdini stolda qoy,
Qalıb, qalıb, boy atsın,
Bəlkə ürəyimdə də,
Öz dərdimi azaltsın.