Hər sabah www.biryudumkitap.com-dan mail alıram. Bilməyənlər üçün qeyd edim ki, bu sayta daxil olaraq öz e-poçtunuzu qeyd edə və hər gün səhər müxtəlif bədii kitablardan bir hissə oxuya bilərsiniz. Həm türk, həm də dünya ədəbiyyatından seçilmiş kitablar olur. Dünya ədəbiyyatından olanlar da təbii ki, türkcəyə tərcümə edilmiş olur. Həftə sonları adətən şeir göndərirlər. Mən də adətən səhər yeməyi zamanı oxuyuram, yaxşı gedir. 🙂 Siz də yoxlaya bilərsiniz, istəmədiyiniz halda bu mail-lərdən imtina edə bilərsiniz. 
Çox uzun müddətdir abunə olmuşam, elə olur ki, yalnız başlıq hissələrini oxuyaraq keçirəm digər mail-ləri yoxlamağa, elə də olur  bütün yazını oxuyuram. Fikir vermişəm, sırf hər sona qədər oxuduğum yazı ya həmin anda hansısa sualıma cavab olur, ya da bir müddətdir ifadə etməkdə çətinlik çəkdiyim hansısa fikrin izahı. Bu da onlardan biri idi və bəlkə də mənim üçün daim izah etməkdə çətinlik çəkdiyim, bəzən də məni axmaq göstərən fikirlərdən biridir. Amma oxuyanda çox sevindim, bəlkə axmaq olmadığıma, bəlkə də axmaq olduğum halda mənim kimi başqa axmaqların da var olduğuna. Bu gün göndərilən mail cavan bir türk yazıçı, Ferhat Özkanın “Yoksunlar” kitabının 14-15-ci səhifəsi idi, maraqlı gəldiyi halda bütün kitabı da oxuya bilərsiniz. 🙂

Evet, büyük bir sanatçı olmayabilirim. Fakat hayatı bir sanat eserine dönüştürecek küçük duyarlıklar sayesinde hayatımı yaşama sanatında bir ustalığa erişebilirim. Bir elmayı, o ilk yasak meyve nasıl bir heyecan ve merakla yendiyse, öyle yiyebilme hazzını bana çok görmezsiniz umarım. Elma tadının, o lezzeti hiç almamış bir bilinçte çözülmesini yaşayabilsem her elma yediğimde keşke. Eğer gurmelik bir sanatsa, bir portakalın en lezzetli dilimini bulabilmekle yetinebilirim. (Bir portakalın tüm dilimleri lezzet bakımından eşit değildir.) Bir şehrin, insanlarıyla birlikte oluşturduğu fakat yapay kokularla bastırılmamış hakiki kokusunu alabilir; trafik ve inşaat gürültülerini aşarak şehir halkının keyifli sohbetler arasında attıkları ufak kahkahaları duyabilirim. Bir şehrin kahkahalarını işitebilmek bana göre hiç de basit bir sanat değildir, ne var ki insanoğlunun sanatsal ihtirasları arasında görünmeyecek kadar ufak kalacağını söylememe gerek yok sanırım. Birileri, tam da umutsuzluğa düşmek üzereyken veya bir konuşma yavaş yavaş tatsızlaşmaya başladığında ortaya çıkıp insanları farkında olmadıkları bir senfoniden haberdar edebilseydim… “Bir saniyenizi rica ediyorum hanımefendi. Şu uzaktaki kuş cıvıldamasını duyuyor musunuz? Biraz daha dikkatli lütfen… Hah, evet, kesik kesik ve çok zor duyulan o cıvıldamayı… Ne hoş ama değil mi? İşte bakın bir de kahkaha eklendi şimdi ona, çok güzel olmadı mı?” Sokaklar, insan kalabalıklarının uğultularına, korna, motor, veya iş makinesi seslerine boğulmuş olsa da, her zaman dinlenecek güzel bir ses vardır, inanın bana. Umarım o insanlardan biri kılarak sevindirirsiniz beni. Şehir demişken… Her şehrin olmasa da , bildiğim birkaç şehrin tam kalbinden geçen rotayı bulup insanları harika bir turistik geziye çıkarabilirim. Şehrin tarihini değil, şehrin ruhunun tarihini anlatırım: “Yan tarafta Roma döneminden kalma bir hamamın yıkıntıları olsa da, hemen yanı başındaki küçük pastanede bundan tam otuz yıl önce birbirlerine gerçekten âşık bir çift, ilk kahvaltılarını yaptı. Kimseler bilmese de, gök kubbesi altında yaşanan bu muazzam duygu alışverişiyle şehrin çehresi önemli ölçüde değişti. Adamın, kadını birçok kez beklediği bu pastanenin çalışanlarıyla yaptığı sohbetlerde şehre dalga dalga insan sevgisi yayıldı. Hemen karşıdaki apartmanda birkaç gün önce yaşlı bir çift torunları olduğunda birbirlerine ne çok sevdiklerini, gençliklerinde hissedemedikleri kadar hissettiler. (Ve laf aramızda, bunu itiraf etmeyi kendilerine yediremediler.) Biraz ileride göreceğimiz küçük bahçeli evin ise başka türlü bir hikâyesi var. Bir erkek, annesi tarafından bazen ince ince, bazen hakaretler eşliğinde aşağılanmak bahtsızlığını tam kırk beş yıl boyunca aralıksız yaşadı. Hazin dersek şiddetini hayli hafifsemiş olacağımız bu acı hikâye, kahramanının geçirdiği bir cinnet sonucu, aralarında annesinin de olduğu yarım düzine insanı katletmesiyle daha acı bir şekilde devam etti. Hapishanede şişlenen adam, şehirdeki fırıncılık standartlarını yükseltmesiyle biliniyordu. Şey… Doğrusu, hiç kimse bu gerçeğin farkında değildi. Fırıncılar Odası’nın üyeleri hariç elbette. Zaten bu üyelerin de ona diş bileyen rakiplerinden ibaret olduğunu  ilave edip hemen şu sokakla devam edebiliriz turumuza. Ya, evet, haklısınız, hayat işte…”

Həyatı yaşamaq sənətinə hər kəs yiyələnə bilmir. Düşündüklərinizi insanlarla paylaşın, yalnız bu halda ətrafınızda sizin kimi düşünənlər toplanacaq. Bəlkə hansısa yazıda qeyd etmişəm, amma burda da qeyd edim: mənə görə pis insan yoxdur, sadəcə fərqli düşüncələr var. Bir dəfə bir dostumla bu mövzunu müzakirə edirdik, yaxşı və çox primitiv bir nümunə çəkmişdi, onu sizinlə də paylaşım; “irəlidə dayanan taksini görürsən, bax tutalım o sürücü çox kasıbdır, taksi ilə nə qazanırsa, olanı odur. Sabah gedir kimdənsə nəsə oğurlayır və ailəsinə aparır, o ailədə uşaqların qarnı doyur, həyat yoldaşını məmnun edir, həmin gün onlar xoşbəxt olur. Amma başqa bir yerdə onun oğurluğuna görə kimsə ziyan çəkir, kimsə qarğış edir, söyür, nədəsə geri düşür..” Burda pis insan kimdir? Bu çox çətin sualdır. Buna görə də insanlar müəyyən hadisələrin nəticəsinə əsasən qiymətləndirilir. Çünki bu hər kəsə görə ən asan yoldur. Bu kimi mövzularda özümü çox aciz hiss edirəm, amma bircə onu bilirəm ki, bütün buna bənzər hadisələrdə hər kəsə haqq vermək və haqq verməmək mümkündür. Ona görə düşüncələrinizi paylaşın ki, hər kəs öz ətrafında öz “axmaq”larını cəmləyə bilsin. Həyatı öyrənməyin yolu, özünü öyrənməkdən keçir. Həyatı öyrənməyə ömür yetməyə bilər, amma özünü öyrənməyə yetə bilər. Yalnız bu halda insanlardan tez-tez eşitdiyiniz “nə edirəmsə edim, içimdəki boşluğu doldura bilmirəm” cümləsinin səbəbini anlaya və cavabını tapa bilərsiniz. 🙂

* özümü “Nirvana”ya çatmış kimi aparmağıma baxmayın, çatmadığımın fərqindəyəm. 😀 Özünü və həyatıkəşf prossesindəyəm və bu proses boyu düşündüklərimi də ara-bir sizinlə paylaşıram. 🙂

Bir cavab yazın