Tanrı üçün darıxıram,
O isə sadiq sevgili,
Boynu bükük, könlü yara,
Gözləyir neçə ili.
* * *
Gözləyir işim bitsin,
Qaçhaqaçım dayansın,
Bəlkə günün birində,
Gözüm ona sataşsın.
* * *
Mən hara qaçıramsa,
O da yanımda gəlir,
Səsini də çıxarmır,
Yanımdaca hərlənir.
* * *
Səbrimə kömək olur,
Üsyanıma sədd çəkir,
Mən onu unutsam da,
O məndən əl çəkməyir.
__________________
photo: Bryan Minear