Heç bir din, heç bir mif əbəs yerə deyil. Hər biri həqiqətin bir hissəsidir. Hər birinin sirri zamanı gələndə aydın olur bizə. Hissə-hissə..hamısına birdən hazır deyilik.

Beyin və ürəyin savaşı mənasızdır. Hər şeyin cavabı bizim özümüzdədir. Bütün rəssamlar həmişə bir sözü deyir: portret çəkməyi öyrənmək istəyəndə, özünü çək. Öz üzərindən hər şeyi öyrənə bilərsən. Eynən digər şeylər də belədir. Hər şeyi özümüz vasitəsilə düzgün şəkildə öyrənə bilərik.

İnsan özünü öyrəndikcə ilahi gücə də inanmaya bilmir. Bunu kəşf etdiyi halda, insan pis insan da ola bilməz. Lakin nəticə üçün, təcrübə lazımdır. Bizim təcrübələrimiz, beyinin yanıltmaları dünyanı bugünkü hala gətirib. Bu xoşagələn olmasa da, normal haldır.

Biz nəyəsə “ürəyim belə hiss etdi” deyəndə, ruhun bizə mesajı var deməkdir. Beyin ruhun dediklərini ifadə etmək üçündür. Əks halda ona gərək yoxdur. İfadə etmək ona görə lazım gəlir ki, sənin ruhunun mesajını mən də almış olum, mənimkini də sən. Axı sən, mən, quş, heyvan, böcək, ağac, torpaq, ulduz, ay, günəş, hava və s. hamımız bir bütünün hissəsiyik. Sadəcə aldığım məlumatı ilk olaraq mənim beynim qəbul edir, ruhuma yetməsi lazım gələn vaxtı isə elə ruhumun özü seçir.

Əgər ruhlarımız eyni anda eyni mesajı almağa hazır olsa, o zaman kollektiv şəkildə, bir mühitin içində sualsız, cavabsız, şəksiz, şübhəsiz ilahi mərtəbəyə yetə bilərik.

Bir cavab yazın