Qadası,
mən köçdüyüm üç ilin ikisini elə izolyasiya halında yaşamışam.
Bir neçə aylıq dövr mənə nə kar edər?
Darıxmağın anasını ağlatmışam.
Anama ağlamışam,
atamı qarğımışam,
vətənin
dostun
doğmanın
dilimin,
çörəyimin həsrətinə qalmışam.
İndi deyirsən üç günlük çəftə vurmaq,
Darıxdırar birdən məni?
Darıxmağa heç nə qoymamışam,
Hamısını darıxıb, qurtarmışam.

Yeməyim beşdən üçə,
İçməyim üçdən birə enib,
Yemək nədir, içmək nədir ki?
Mən köçəli orucum heç bitməyib,
Gördüyüm insan sayı,
Sıfırı sola atlayıb keçib.

Dərd də qoymamışam çəkməyə,
Hər gün az-az çəkib,
Günümə azzar olub,
Ruhuma divar hörmüşəm,
Yüz ilin həsrətini,
İkicə ilə düzmüşəm.

Mən gedəndə qadası,
Yükümü ağır yığdım,
Zamanla belimi bükür,
çiyinlərimə,
dizlərimə,
qollarıma güc olur,
Məni sona sürüyür,
Getdikcə qəlbim üşüyür.
Ondandır ki, qadası,
Bugünün ah-vayısı,
Təmiz başıma düşür.

Bir cavab yazın