Günlərin bir günündə

Novruz

23 Mar, 2017

İl boyu hər bayram ərəfəsi bayram günlərini harada keçirəcəyimizə qərar verməyə çalışırıq. Hətta bir nəticəyə gələ bilməyəcəyimiz halda belə bunu müzakirə edirik. Bəzən nəticə olur, bəzən isə bu seçimi elə həmin günün öz öhdəsinə buraxırıq. Mən isə ötən ilin İyun ayından bəri bu ilin Mart ayını gözləyirdim. Novruz bayramı üçün seçimimi aylar öncə etmişdim. Bəli, hətta bu dərəcədə. 😀 DAVAMI

Günlərin bir günündə

DUMANLI OTAQ

9 Dek, 2016

Bu günlərdə bir yoldaşla söhbət əsnasında yaxşı cümlə istifadə etdi: “..daha keşf edecek çok insan, çok duygu, çok yer var..”. Söhbətimiz tamamlandıqdan sonra uzun müddət düşünməyə başladım; nə gözəl cümlədir bu, əsas da “duygu” hissəsi. DAVAMI

Günlərin bir günündə

Tənhalıq məşqləri 1

4 Noy, 2016

24 Oktyabr, gecə saat 03:30. Yuxuya gedib ya getməyəcəyinə qərar verə bilməyən gözlərim bir saniyə belə tənbəllik etmədən açılır, yatanların sükutuna uyğun bir cəldliklə hazırlaşıb, qardaşıma zəng edirəm..: “Alo, çatırıq, çatırıq”. DAVAMI

Cızma-Qara

Hansı yaxşı daha yaxşıdır?

22 Okt, 2016

Yaşadığımız ömür boyu hər addımda seçim edirik. Yəni əslində həyatımız seçimlərdən ibarətdi, öləcəyimiz gün xaricində həmişə hər şey üçün ən azı iki seçim olur, biz də hansınısa seçib davam edirik. Amma adətən o qədər xırda şeylər olur ki, fərqinə varmırıq, yalnız çox böyük, ciddi seçimlər qarşısında qalanda özümüzü itiririk. Həyat bizi ciddi nələr üçünsə seçim etmək məcburiyyətində qoyanda bu adətən belə olur: seçimlərdən hansının yaxşı, hansının pis olduğunu ayırd etməyə və yaxşı olanı seçməyə çalışırıq. Yaxud bilərəkdən pis olduğunu düşündüyümüzü seçirik. Yəni adətən bu proses belə baş verir. Baxmayaraq ki, bizim həyat təcrübəmiz nə qədər çox olursa olsun, yaşanmadan nəyin yaxşı nəyin pis olduğunu təyin edə bilmək, tam dəqiqliklə bunu dərk etmək insan varlığına ziddir. Amma yenə də bir az beynimizi bir az da ürəyimizi qurcalayıb nəticə əldə etməyə çalışırıq. Bəziləri ürəyinin, bəziləri də beyninin “səs çoxluğunu”nu qəbul edir. Çox əvvəllər həmişə ürəyimin dediyini seçmişəm, sonra beyni dinləməyin daha yaxşı olduğuna inandıran insanlar gəldi həyatıma, bunu qəbul edib, beynimin nəticələrini üstün tutmağa çalışdım və nəhayət illər sonra bunun məni qane etmədiyini, olmadığım kimi olmağa başladığımın fərqinə varanda, qayıdıb ürəyimdən üzr istədim, indi biz yenidən “dostuq”.

DAVAMI

Film

Əli və Nino

10 Okt, 2016

image

Əli və Nino – səkkiz il sonra bu roman əsasında çəkilmiş filmi izləməyə getdim..Kitabı 14 yaşım olanda oxumuşdum. 9-cu sinifdə oxuyurdum və bu kitabı özümə hədiyyə etmişdim. Hətta deyə bilərəm, 2009-cu il, May ayının 9-u idi, məktəbə gedəndə mənə verilən 20 qəpikləri yığıb, 9 manat hazır etmişdim. Məktəbdən çıxıb gedib Ədəbiyyat muzeyinin daxilindəki kitab mağazasından 8 manata almışdım. O zamanlar milliyyətçi, türkçü və hətta çox dindar dövrlərim idi. Bəli, 14 yaşımda idim və bu kimi anlayışlarla yaxşı baş edə bilirdim. Baxmayaraq ki, bir nöqtədə bir-birinə ziddirlər. İndi bəzi şeylər mənə axmaqlıq kimi görsənsə də 14 yaşım üçün bu əla bir şey idi. 🙂

DAVAMI