Günlərin bir günündə

Yaşıl diplom

19 Yan, 2016

2010-cu il, mən 10-cu sinifdə oxuyuram. Həmin il sinif yoldaşlarım repetitor yanına getməyə başladılar. Mən də adəti üzrə gedib evdə bəlkə məni də bir hazırlığa filan göndərəsiniz-dedim. Həyatımın çox mərhələsində olduğu kimi bu mərhələsində də atam öz həyatından misal çəkərək: biz müəllim filan yanına getməmişik amma ali məktəbə də qəbul olmuşuq..deyə bir cavab verdi. Məni kədər bürüdü. Rəhmətlik nənəm dil tökdü, anam dedi, mən dedim, babam dedi..atam nuh dedi, peyğəmbər demədi. Mən də atdım bu fikri beynimdən və qərara gəldim ki, 11-ci sinifdən özüm tək hazırlaşaram, sonra da nə olarsa olsun. DAVAMI

Günlərin bir günündə

Tətilin dördüncü günü

4 Yan, 2016

Yeni İl münasibəti ilə bizə tətil günləridir deyə, işdən yorulmuş insanlar olaraq bu günləri maksimum dərəcədə yaxşı dəyərləndirməyə çalışırıq. Bayram günləri öz yerində, növbəti günlər üçün hər axşam plan qururduq. Yanvar ayının 2-sini ailəmiz ilə dəyərləndirdikdən sonra ayın 3-nə Niyazi (gələcək həyat yoldaşım olmaq üçün əlindən gələni edən adam 😀 ) ilə yeni şeylər düşünməyə çalışdıq. DAVAMI

Film

NABAT

9 Dek, 2015

Dünən Nizami kinoteatrında “Bizim Kino Günləri”nin yekunu olaraq “Nabat” filmi mediaya təkrar təqdim olundu. Doğrusu, filmi izləməmişdim, məhz bu səbəbdən də mənim üçün ilk oldu. Quruluşçu rejissoru Elçin Musaoğlu olan film Cəfər Cəbbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2014-cü il istehsalıdır.

Mən, ümumiyyətlə, öncəki vaxtlarda filmə sadəcə film olsun deyə baxırdımsa, ssenaridən başqa heç bir şeyə diqqət etmirdəmsə, artıq son zamanlarda filmi sənət kimi izləməyə, bütün heyətin işinin fərqinə varmağa və bunu özüm üçün qiymətləndirməyə başlamışam. Fotoqrafiya anlayışım filmə kadr-kadr baxmağa kömək edir, lakin təbii ki, video çəkilişin öz özəllikləri var və bu amilləri hələlik tam dərk etmirəm. Buna baxmayaraq sırf tamaşaçı kimi Qarabağ müharibəsi dövründən bəhs edən bu filmi yaxşı film olaraq qiymətləndirdim. Filmdə iranlı aktrisa Fatemeh Motamed Arya, Vidadi Əliyev, Fərhad İsrafilov, Sabir Məmmədov kimi aktyorlar rol alıb. Şiddətli müharibə səhnələri, qan, çığır-bağır olmadan, həmin dövrü sükutla izah edə bilən uğurlu bir filmdir. Elə bu səbəbdəndir ki, dünyada film yaxşı qarşılanmış və iyirmiyə yaxın festivalda təqdim olunmasına heç bir maneə yaradılmamış, 10-a yaxın mükafat almışdır.

DAVAMI

Günlərin bir günündə

ƏSARƏT RƏMZİ

4 Dek, 2015

Günlərin bir günündə bir yoldaşla söhbət edərkən heç fərqinə varmadığım bir şeyin fərqinə vardım. Bu barədə mütləq yazmaq lazımdır deyə düşündüm.

Sırğalar əsasən qadın zinyət əşyası sayılır. Yəni hazırda kişilər də sırğa taxsa da qadınların demək olar ki, hamısının qulaqları uşaqlıqdan sırğa üçün deşilib. Mən 90-cı illərin uşağıyam və o vaxtlar ən uzağı 5 yaşına kimi bütün qızların qulaqları deşilib, sırğa taxılırdı. Sırğalar da əsasən uzun asmalı, ağ yaxud çəhrayı qaşlı qızıl sırğalar olurdu. Hər halda çoxunuzda belədi. Qulaq deşmək qızların həyatlarında təxirə salınmaz bir ritual halı alıb. O vaxtı qulaq deşmək üçün aparatlar da yox idi, uzandırıb, qollarını, ayaqlarını tutub iynə ilə deşirdilər. Mənim də hardasa 4-5 yaşım olardı, nənəmgildə üstü xaki rəngli örtüklə örtülmüş divanda uzandırıb, əllərimi anam, ayaqlarımı babam tutub, nənəm də qulağımı deşmişdi. Necə qışqırırdım, ilahii..! 😀 DAVAMI