Barmaqlarımın uclarında yaşayıram mən, 

yaşamağı..

Şeh olmasa, meh olmasa,

ovuclarıma yığa bilmərəm həyatı,

duya bilmərəm.

Çəkib köksümə,

özümü boşluğa ata bilmərəm,

gözlərimi yumub, uça bilmərəm,

kimisə bağrıma basa bilmərəm,

ürəyimə enə bilmərəm,

külək əsməsə..

Gedə bilmərəm,

tutub əllərimdən aparmasa.

Yaşamağı unudaram,

o yadıma salmasa.

Barmaqlarımın uclarında yaşayıram mən,

yaşamağı..

ordan başlayıb, orda bitir hisslərim,

yaşamaq istəyim,

sevmək qabiliyyətim..